"Dostuq sərhəd tanımır” FOTO

"Dostuq sərhəd tanımır” FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon ilk Partiya Təşkilatı Gənclər Birliyi "Dostuq sərhəd tanımır" layihəsini reallaşdırıb. SİA-ya verilən məlumata görə, layihə çərçivəsində 3 saylı Uşaq evində məskunlaşan fiziki cəhətdən qüsurlu uşaqlarla görüş keçirilib. Uşaqlarla görüşən gənclər onların həyat şəraiti ilə maraqlanıb. Daha sonra MEGAFUN Uşaq Əyləncə Mərkəzində 16 fiziki qüsurlu uşaqların müxtəlif attraksionlardan istifadə etməsi və nahar yeməyi təşkil olunub.

YAP Yasamal Rayon ilk Partiya Təşkilatı Gənclər Birliyinin sədri Gülnarə Xudiyeva qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd, Azərbaycan xalqının birliyinin tərənnüm edilməsi və cəmiyyətin fiziki qüsurlu gənclərə diqqətinin artırılmasıdır.

Qeyd edək ki, tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə