Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il 7 may tarixli Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.
Qəbul olunmuş qərarlar əsasında iyunun 3-dək Amnistiya Qərarı qurumun tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 1377 nəfər məhkuma tətbiq edilib.
Amnistiya Qərarının icrası Penitensiar Xidmətin müvafiq komissiyasının, Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatının, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin və eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.
Amnistiya Qərarının icrası davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB