Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 15-20°, gündüz 25-30°, Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 65-75 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-21° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 10-15°, gündüz 25-30° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 8-13°, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Fizuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.

Havanın temperaturu gecə 13-18°, gündüz 26-31° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz kçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 11-16°, gündüz 23-28° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir. Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.

Temperaturun gecə 16-20°, gündüz 25-30°, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.

Qeyd edək ki, iyunun 4-dən 6-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə