İyunun 3-də Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) illik hesabat konfransı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Dövlət Universitetində keçirilən illik hesabat konfransını giriş sözü ilə LDU-nun Tələbə Gənclər Təşkilatının sədri Uğur Qurbanzadə açaraq konfransın ümumi gedişatı barədə iştirakçıları məlumatlandırıb. Lənkəran panelində "Tələbə gənclərin şəbəkələşməsində TGT-lərin rolu" mövzusunda dinləmələr başlanıb. Mövzu ətrafında LDU-nun magistr tələbəsi Seymur Murtuzayev, Azərbaycan Müəllimlər İnstitutu Cəlilabad filialının TGT-nin sədri Şəbnəm Məstəlili, Astara Pedaqoji Kollecinin TGT-nin sədri Abbas İbrahimli çıxış ediblər.
Konfransda mövzu ilə səsləşən qısa videoçarx göstərilib.
Konfransda Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov və Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək gənclərə arzu və tövsiyələrini bildiriblər.
Qeyd edək ki, videokonfrans paralel olaraq Bakı, Naxçıvan və Gəncədə də davam edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB