İstanbulun Əsgər Ocağı Caddəsi adlandırılan hissəsində yerləşən "Gezipark"da ağacların kəsilməsi, hakimiyyətin dünyaca məşhur Taksim meydanı ilə bağlı planları Türkiyə cəmiyyəti tərəfindən kəskin etirazla qarşılanıb. SİA-nın verdiyi məlumata görə, artıq dördüncü gündür ki, hüquq mühafizə orqanları ilə əhali arasında qarşıdurma səngimir, iki minə yaxın adamın tutulduğu, yüzlərlə yaralının olduğu deyilir.
Polis su şırnaqları, gözyaşardıcı qaz, rezin güllələr və digər vasitələrdən geniş istifadə edir. Ölkənin 67 şəhərində İstanbula dəstək aksiyaları keçirilir.
Əslində bu, bir-iki ağac və ya Taksim meydanı məsələsi deyil. Etiraz artıq siyasi çalar alaraq ölkəni islamlaşdırmaqda ittiham edilən Ərdoğan hakimiyyətinə qarşı çevrilib. Etirazçılar ölkənin demokratik dəyərlərdən uzaqlaşdığını və islamlaşmaya doğru yuvarlandığını bildirirlər.
Əhalinin kütləvi şəkildə islamlaşdırılması, Konstitusiyada müvafiq dəyişikliklər, islam normalarına uyğun qadağaların tətbiqi türk elitasını, qərbmeylli ziyalı təbəqəni, gəncləri hiddətləndirir. Bu etiraz da Qərb dairələri tərəfindən dəstəklənir və qızışdırılır.
Azərbaycan ictimaiyyəti qardaş Türkiyədə baş verən bu hadisələri narahatlıqla izləyir. Ekspertlər Türkiyənin ictimai-siyasi həyatında baş verən reqressiv dəyişikliklərin aradan qaldırılmasını, dialoq mühitinin formalaşdırılmasını, hakimiyyətin narazı kütlələrin rəyini nəzərə almasını problemin həllində çıxış yolu kimi qiymətləndirirlər.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB