Ötən həftə Almaniyanın Frankfurt şəhərində narazı kütlələr kansler A.Merkielin iqtisadi siyasətinə və sosial problemlərin artmasına, insan hüquq və azadlıqlarının pozulmasına, rasizm və milliyyətçiliyin genişlənməinə qarşı kəskin etirazları sərt şəkildə dağıdılıb. SİA-nın verdiyi məlumata görə, aksiyalar xüsusi təyinatlılar tərəfindən dağıdılıb, yüzlərlə insan – qocalar, qadınlar, gənclər həbs olunublar.
Onlara qarşı sərt üsullardan - rezin güllələrdən, gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə olunub. Hadisə yerinə onlarla xüsusi avtomobil cəlb olunub. Polis mitinqi qruplara dağıdaraq onun iştirakçılarını həbs edib.
Almaniya Bundestaqının üzvü Ulrix Vinken: "Almaniya hakimiyyəti demokratik normalara tüpürür. Burada baş verənlər Almaniyanın nüfuzuna zərbədir. Polis faktiki olaraq minlərlə adam həbs edib", deyə bildirib.
Məntiqi suallar ortaya çıxır, görəsən bu vəhşiliklərin törədlidiyi Almaniya hansı haqla digər ölkələrə barmaq uzadır? Azərbaycanı hədəf götürən Ştrasser və Löninq bu biabırçılıqları niyə müdaxilə etmirlər? Nəyə görə Türkiyədə, Azərbaycandakı hadisələri lupa ilə izləyən Qərb mediası Avropanın göbəyində insan haqlarının kobud şəkildə pozulmasına, polis vəhşiliyinə göz yumur?








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB