Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi (GB) Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksini ziyarət ediblər.
Bu gün ölkəmizdə mədəniyyət ocaqlarına - kino və tetrlara, muzeylərə insanların, xüsusən də gənclərin marağı olduqca aşağı səviyyədədir. Dəfələrlə mediada bununla bağlı teatr və kino xadimlərimiz öz fikrini bildirib, gənclərimizi teatr və kino zallarına dəvət ediblər.
Dövlətin mədəniyyət ocaqlarının ən müasir tələblərə uyğun səviyyədə qurulması üçün ayırdığı diqqət, mədəniyyətimizə göstərdiyi qayğı gənclərin də bu sahəyə diqqətinin artırılmasını vacib edir.
Gənclərimizin teatrlara, kino zallarına mütəmadi gəlişini təşkil etmək, onların bu sahəyə diqqətinin atırılması üçün YAP Gənclər Birliyinin həyata keçirdiyi "Mədəniyyətə səyahət" adlı layihə çərçivəsində Yeni Azərbaycan Partiyası üzvü olan aktiv gənclərin Qala muzeyinə səfərləri təşkil edilib.
50 nəfərə yaxın gəncin iştirak etdiyi bu səfərdə gənclər muzey kompleksində olan antik əşyalar, arxeoloji tapıntılar və qala ilə tanış olub, kompleksdə saxlanılan eksponatlar haqqında geniş bilgilər əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB