Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin (ABAİ İB) Ümummilli lider Heydər Əliyevin 90 illiyi, habelə Azərbaycan Xalq Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyəti arasında "Tarixi anlaşma" nın imzalanmasının 95 illik yubileyi münasibəti ilə "Bir millət, iki dövlət" adlı möhtəşəm konsert proqramı keçirilib.
SİA-ya verilən məlumata görə, tədbirdə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı elçisi Ş.Topçu, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, və səfirliyin əməkdaşları iştirak edib.
Konsert proqramı İB-nin "Qarabağdan Anadoluya könül körpüsü" adlı layihəsi çərçivəsində təşkil edilib. Türkiyənin tanınmış sənətçisi, Azərbaycan əsilli Jalə Parıltının zəngin repertuarı ilə səhnə aldığı konsert proqramı şəhid ailələri, qaçqın və məcburi köçkün ailələri üçün təşkil olunub.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB