İyunun 1-də Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İnsan hüquq və azadlıqlarının müdafiəsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində Kürdəmir şəhərindəki mərkəzi kitabxanada dəyirmi masa keçirib. SİA-nın verdiyi məlumata görə, Layihənin rəhbəri İlham Əliyev Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti institutlarının güclənməsində maraqlı olduğunu və son illərdə qeyri-hökumət təşkilatları sektorunun inkişafı istiqəmətində önəmli addımlar atdığını deyib.
Onun sözlərinə görə, inkişaf etmiş dünya ölkələrində müxtəlif cəmiyyət problemlərinin həllində QHT-lərin rolu böyükdür: "Azərbaycanda da ictimai-siyasi proseslərdə QHT-lərin rolu artıb. Azərbaycanın güclü dövlət olmasını istəyən QHT-lərimizin sayı çoxdur. Onlar ölkədə mövcud olan problemlərin həllində maraqlıdırlar. Dövlət bu cür QHT-lərlə əməkdaşlıqda maraqlıdır. Qeyti-hökumət təşkilatları təkcə vətəndaş təşəbbüslərinin dəstəklənməsində rol oynamır, eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasında, insanların maarifləndirilməsi mühüm rola malikdirlər".
Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Mikayılov bildirib ki, Azərbaycanda çoxsaylı QHT-lər fəaliyyət göstərsələr də, onların hamısının niyyəti sağlam deyil: "Azərbaycanın mövcud problemlərinin həllinə təşəbbüs göstərən, dövlət qurumları ilə sağlam əməkdaşlıq edən QHT-lər də var. Amma bəzi təşkilatlar əcnəbi donorlardan qrant almaq üçün xaricdə Azərbaycan barədə mənfi rəy yaratmağa çalışır, fəaliiyyətlərini mənfi istiqamətdə qururlar. QHT-nin başlıca məqsədi cəmiyyətdə mövcuyd olan problemləri qabartmaq, dövlət qurumlarını ictimaiyyəti onların həllinə səfərbər etməkdir".
Ə.Mikayılov qeyd edib ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafı üçün lazım olan addımları atıb: "Siyasi, iqtisadi, hərbi, sosial gücü artan ölkəmiz demokratik proseslərin sürətlənməsi, vətəndaş cəmiyyətinin formalaşması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunlar qəbul edib, Prezident fərmanları imzalanıb, dövlət proqramları təsdiq olunub, beynəlхalq müqavilələrə qoşulub. Təəssüf ki, dövlətimizin siyasətində prioritet təşkil edən insan hüquq və azadlıqlarının müdafiəsi məsələsi QHT-lər tərəfindən geniş təhlil olunmur, ictimai fikrin bu ümummilli problemlərin həllinə cəlb olunması üçün yeni forma və metodlardan istifadə etmir. Bəzən insan hüquq və azadlıqlarının qorunması sahəsində Qeyri Hökumət Təşkilatları fəaliyyətlərini düzgün qura bilmirlər".
Kürdəmir rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin əməkdaşı Ağəli Kərimli bildirib ki, QHT-lərin rayon əhalisi, ictimai fəallarla görüşü lazımlıdır və davam etdirilməlidir. Onun sözlərinə görə, qeyri-sağlam fəaliyyəti ilə tanınan QHT-lər vətəndaş cəmiyyətinin inkişafında əldə olunan uğurlara kölgə sala bilməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB