Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi Ramil Həsənovun rəhbərliyi altında nümayəndə heyəti Türkiyənin Ankara şəhərində keçiriləcək TÜRKPA-nın IV Plenar Sessiyasına hazırlıq məqsədilə bu gün Türkiyəyə yola düşüb. SİA-ya verilən məlumata görə, 11 iyun 2013-cü ildə keçiriləcək sessiyanın işində TÜRKPA-ya üzv ölkələrdən olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər birliyi, Türk Konseyi, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Mərmərə Qrup Fondu, Türk Dünyası Gənclər Birliyi, GUAM, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CİCA) və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, 10 İyun 2013-cü il tarixində TÜRKPA üzv ölkələri parlamentlərinin Aparat rəhbərlərinin və Assambleya Şurasının IV toplantısı, 11 iyun 2013-cü il tarixində isə TÜRKPA-nın IV Plenar Sessiyası keçiriləcək və toplantılarda bir sıra mühüm qərarlar qəbul olunacaq.
Qeyd edək ki, Plenar Sessiya çərçivəsində TÜRKPA Baş Katibinin üzv ölkələrin parlament sədrləri ilə, həmçinin Türkiyə Respublikasının prezidenti Abdullah Gül və baş naziri cənab Recep Tayyib Erdoğanla da görüşləri nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB