Almaniya insan haqlarını beləmi qoruyur?

Almaniya insan haqlarını beləmi qoruyur?

İki gündür ki, Almaniyanın Frankfurt şəhərində minlərlə sakinin iştirak etdiyi etiraz aksiyaları davam edir. Narazı kütlə Avropa Mərkəzi Bankının Frankfurtdakı mənzil qərargahı qarşısına toplaşaraq hökumətdən sosial ədalət tələb edirlər. Aksiya iştirakçıları ölkənin iqtisadi qüdrətinin artmasını razılıqla qarşılasalar da, sadə insanların daha da kasıblaşlamasından, varlılarla kasıblar arasında onsuz da dərin olan uçurumun Merkel hökuməti tərəfindən daha da dərinləşdirilməsindən hiddətləndiklərini bildiriblər.

"Bizim kansler hökumətin verdiyi vəsait hesabına yaşamamışıq. Onda bu qədər borc haradan yaranıb. Bilirik ki, bu siyasətin arxasında Avropa Mərkəzi Bankı dayanır. Ona görə də hökumətdən anti-böhran siyasətini dəyişməyi tələb edirik", - deyə etirazçılar bildiriblər.

Dünən isə etiraz aksiyaları bir az da şiddətlənib. Blockupy adlı anti-kapitalist hərəkatının üzvləri Almaniya maliyyə Mərkəzinin işini pozublar. Həmçinin maliyyə böhranından əziyyət çəkən aksiya iştirakçıları Avropa Mərkəzi Bankına, Deutsche Bankın binasına və Frankfurt hava limanına gedən yolu bağlayıblar. Nəticədə polislə aksiya iştirakçıları arasında toqquşma baş verib. Xəbər agentliklərinin verdiyi məlumata görə, qarşıdurmada xeyli yaralanan və tutulan var.

Qeyd edək ki, Almaniya özünü daim insan hüquqlarının təminatçısı kimi təqdim etməklə yanaşı, həm də Azərbaycan da daxil olmaqla başqa ölkələrdə baş verən irili-xırdalı etirazları az qala fəlakət kimi təqdim edirdi. Bu iddiaya Azərbaycandan dəstək verənlər də Almaniya ilə eyni mövqeni bölüşürdü. Bunlardan biri də özünü insan hüquq və azadlıqlarının qarantı kimi təqdim edən Eynulla Fətullayevdir. Vaxt var idi ki, keçmişin jurnalisti, sonradan insan haqlarının keşikçisi olan bu şəxs Azərbaycanda insan haqlarının, demokratiyanın pozulduğu haqda dosyeləri Avropa Şurasına göndərmək üçün Almaniyanın məlum dairələrindən yüz minlərlə para alırdı, daha döğrusu onların əlaltısı rolunda çıxış edirdi. Alman parası kəsilən kimi E.Fətullayev almanlara qarşı çıxdı, daha doğrusu Almaniyada baş verən hüquq pozuntularını Avropa institutlarına daşıdı. Nəticədə dünən Franktfurq şəhərində keçirilən aksiyada o da həbs olundu. Bu da Alman demokratiyası, jurnalistə, hüquq müdafiəçisinə qoyduğu hörmət.

Bütün xəbərlər Facebook səhifəmizdə