Yardımlı rayonunda İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təbliği və tətbiqi, seçki hüququ məsələlərinin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ərazi icra nümayəndələrinin, bələdiyyələrin, ictmai təşkilatların nümayəndələri, rayon sakinlərinin iştirak etdiyi tədbiri Yardımlı rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov açaraq son illər ölkədə gedən iqtisadi-sosial yüksəliş fonunda ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması sahəsində əldə edilən uğurlardan danışıb. İcra başçısı Yardımlı rayonunda da bu istiqamətdə sürətlə görülən işlər, sakinlərin ərizə və şikayətlərinin diqqətlə araşdırılması, eləcə də yerlərdə vətəndaşların arzu və təkliflərinin öyrənilməsi və qaldırılan məsələlərin həllində irəliləyişlərin əldə edildiyini diqqətə çatdırıb.
Tədbirdə Ombudsman Elmira Süleymanova ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı haqqında məlumat verərək bildirib ki, Milli Fəaliyyət Proqramı insan hüquqları sahəsində islahatların yeni bir mərhələsidir. E.Süleymanova ölkəmizdə həyata keçirilən demokratik, hüquqi və sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halının daha da yaxşılaşdığını diqqətə çatdırı: "Ulu Öndər Heydər Əliyevin 90-illiyinin qeyd edildiyi Müstəqil Azərbaycanda möhtərəm prezident İlham Əliyevin yorulmaz siyasəti nəticəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilib".
Tədbirdə rayon prokuroru, Rayon Polis şöbəsinin rəisi və Rayon Məhkəməsinin sədri insan hüquqlarının qorunması, prokuror nəzarəti, məhkəmə-hüquq islahatları, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətində vəziyyət və digər məsələr barədə məlumat veriblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB