Astara rayonunda 1-iyun Beynəlxalq Uşaq günü münasibəti ilə Səhiyyə Nazirliyi tərəfindən körpələrin dərinləşdirilmiş müayinələr aparılması məqsədi ilə aksiya keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyaya səhər saat 11-də start verilib. Səhiyyə Nazirliyinin həkim birqadsı tərəfindən keçirilən humanitar aksiyada Respublika Uşaq Kiliniki Xəstəxanasının həkimləri, eləcədə nevropatoloq, Lor, kardioloq, pediatr, Uşaq cərrahı, pisixiatr və hematoloq həkimlər uşaqları müayinədən keçiriblər. Aksiyada 100-dən çox körpə üçün müayinə və müalicə aparılıb. Ciddi xəstəlikləri aşkar olan uşaqların Bakı şəhərində müalicə olmaları üçün göndərişlər verilib. Aksiyanın keçirilməsi əhali tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin həkim briqadaları tərəfindən Aksiyalar çərçivəsində Ucar, Tərtər və Astara rayonlarına ezam olunmuş həkimlər uşaqlar arasında müayinələr aparacaq. Bu aksiyaların məqsədi Uşaqlarda müayinələr zamanı xəstəliyin vaxtından əvvəl aşkara çıxararaq daha tez və effektli müalicə olunmasına imkan verəcək. Astarada aksiya günün sonuna kimi davam edib.
Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB