3 iyunda Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Azərbaycan Gələcəyi Tədqiqatlar Cəmiyyəti, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Gələcəyi Tədqiqatlar Cəmiyyəti və Minilliyin layihəsinin Azərbaycan bölməsi tərəfindən təşkil olunan I Beynəlxalq Bakı Gələcək Forumu keçiriləcək.
SAM –dan SİA-ya verilən məlumata görə, forumda NASA, ABŞ Milli Elmi Fondu, "Google", Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Rokki-Maunteyn İnstitutunun ekspertlərinin və digər tanınmış beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulub.
Forumun işində həmçinin Çernoqoriyanın elm və texnologiyalar naziri, bir çox beynəlxalq və azərbaycanlı mütəxəssislər, rəsmi nümayəndələr iştirak edəcək.
Tədbirdə ABŞ, Kanada, Meksika, Venesuela, Uruqvay, Braziliya, Çili, Finlandiya, Çernoqoriya, Sloveniya, Rumıniya, Polşa, Çexiya, Rusiya, Fransa, Almaniya, İspaniya, Belçika, Böyük Britaniya, Hindistan, Cənubi Koreya, Çin, İsrail, Türkiyə, İran, Misir, Keniya, CAR-dan mütəxəssislər öz ölkələrini təmsil edəcək.
Forumda təqdim ediləcək yeni texnologiyalardan biri Azərbaycanda ilk dəfə nümayiş etdiriləcək Holoqrafik Prezentasiyadır. Forum çərçivəsində həmçinin, 3D Printer də sərgilənəcək ki, bu da Azərbaycanda bu gün üçün printer texnologiyası baxımından yenilikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB