KİVDF yazı müsabiqəsi elan etdi

KİVDF yazı müsabiqəsi elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 138 illik günü ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsinin

ELANI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

№

İstiqamətin adı

Təklif olunan mövzular

1.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

1) Milli qanunvericilik bazasının inkişaf dinamikası və perespektivlər

2) Azad informasiya mühitində milli mətbuatın inkişaf istiqamətləri

3) Azad fikir və medianın ictimai məsuliyyəti

2.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

1) Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

2) İnsan hüquqlarının müdafiəsi sahəsində qanunvericilik və institusional islahatlar

3) Dövlət siyasətinin əsas meyarı: İnsan amili

3.

İctimai və dövlət maraqlarının müdafiəsi

1) Dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə statusunda

2) Milli dövlətçilik maraqlarınin qorunmasında vətəndaş təəssübkeşliyi

3) İctimai və dövlət maraqlarının müdafiəsi dövlətin prioritet vəzifəsi kimi

4.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

1) Dağlıq Qarabağ həqiqətləri: Beynəlxalq aləm sözdən əmələ niyə keçmir?

2) Azərbaycanın hücum diplomatiyası: İşğalçı Ermənistanı dünyanın qınaq hədəfinə çevrilir

3) Erməni terrorrunun Qarabağ vəhşətləri

5.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

1) Dünya birliyinə inteqrasiyanın Azərbaycan modeli

2) Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqeyini gücləndirən amillər

3) Qərb və şərq dəyərlərini özündə birləşdirən ölkə: Azərbaycan

6.

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

1) Böyük Qayıdışa aparan yol: dəqiq istiqamət, davamlı addımlar

2) Qaçqın və məcburi köçkün həyatının mənəvi məziyyətləri

3) Prezident vədi: Azərbaycan bayrağı Şuşada dalğalanacaqdır

7.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği

1) Keçmiş tariximizi nə qədər yaxşı bilsək, gələcəyimizi o qədər yaxşı görərik

2) Milli-məvəvi dəyərlər hər bir vətəndaşın qürur mənbəyidir

3) Milli mədəni irsin öyrənilməsi və təbliğinə yeni yanaşmalar

8.

Azərbaycançılıq ideyasının təbliği

1) Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

2) Birləşdirən, bütövləşdirən ideologiya: Azərbaycançılıq

3) Azərbaycançılıq – tarixi qaynaqlar və müasirlik

9.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

1) Ərzaq təhlükəsizliyi strateji məqsəddir

2) Bölgələrin inkişafına dövlət qayğısının Azərbaycan modeli

3) Regionların inkişafı ölkənin hərtərəfli tərəqqisində əsas amil kimi

10.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

1) Azərbaycan kosmik sənaye ölkələri sırasında

2) 2013-cü il informasiya və kommunikasiya ilidir

3) Müasir texnologiyalardan istifadənin iqtisadi tərəqqidəki artan rolu

11

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

1) Diaspora təşkilatlarımız Azərbaycan həqiqətlərinin carçısıdır

2) Çağdaş lobbiçilik anlayışı: müqəddəs amallar naminə

3) Diaspor quruculuğu və lobbiçiliyin dünya təcrübəsi və Azərbaycan

12

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilmə

1) Dini dözümlülüyün Azərbaycan modeli dünyaya nümunədir

2) Millətlərarası münasibətlərin Azərbaycan modelinə baxış

3) Dünyanı təhdid edən amil: dini və milli ayrıseçkilik tendensiyası

13

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

1) Sağlam cəmiyyətin təşəkkülündə ailə faktoru

2) Azərbaycan ictimai fikrində gender tarazlığı məsələsi

3) Əhalinin təbii artım səviyyəsi: mövcud durum nə vəd edir?

14

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

1) Müasir texnologiyalar uşaq və gənclərin inkişafına təsiri

2) Azərbaycan bayrağını zirvələrə daşıyan gəncliyimiz

3) Fiziki tərbiyə və mənəvi kamillik qoşa qanad kimi

15

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi

1) Müasir gənclik milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır

2) Sağlam gənclik, milli dövlətçiliyin inkişafına təkan verici qüvvədir

3) Yüksək təhsil gənc vətənpərvər yetişdirir

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Yazı Fond tərəfindən elan edilmiş istiqamətin birinə uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır).

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

QEYD: İnformasiya agentliklərində və region mətbuatında çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etməlidirlər.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.

Yazıların qəbul qaydaları

1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə

2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə) 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə

4. Yazıların həcmi : 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),

Tələb olunan sənədlər

1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)

2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə) ,

3. Şəxsiyyət vəsiqəsi və surəti,

4. Şəxsi VÖEN və surəti ,

5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 31 may 2013-cü il tarixində başlayır ,10 iyul 2013-cü il tarixdə başa çatır (10.07.2013 yazıları təqdim etmək üçün sonuncu tarixdir).

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 15 həvəsləndirici mükafat müəyyən edilir. 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

İştirakçı haqqında məlumat (müəllif tərəfindən doldurulur):

1.

Yazının aid olunduğu istiqamət

1.

Adı, soyadı, atasının adı

1.

Mətbuatda təxəllüsü (əgər varsa)

1.

Ünvanı və poçt indeksi

1.

- iş telefonu

1.

- ev telefonu

1.

- mobil telefonu

1.

- elektron poçt ünvanı

Şəxsin imzası ________________

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2012-ci il

Əlavə məlumat üçün Fondun ofisinə müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529 m

Telefon: 537-19-41, 537-19-45.

www.kivdf.gov.az

Bütün xəbərlər Facebook səhifəmizdə