Mayın 31-də Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov nazirliyin Cənub Regional Mərkəzinin binasında Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların qəbulunu keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, FHN-in müvafiq strukturlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların nazirə müraciətlərində işə qəbul, qəzalı evlərin təmirinə köməklik kimi məsələlər üstünlük təşkil edib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Qəbul zamanı bəzi vətəndaşlar şəxsi məsələlərlə bağlı Kəmaləddin Heydərova müraciət ediblər. Bütün müraciətlər diqqətə alınıb, nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə əlaqədar qurumlara çatdırılmaqdan ötrü nəzarətə götürülüb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB