Quba məktəblərində "Son zəng" çalındı

Quba məktəblərində "Son zəng" çalındı

Təhsil Nazirliyinin qərarı 2012-2013-cü tədris ilinin yekunu ilə əlaqədar Quba rayon orta məktəblərində "Son zəng" tədbiri keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, valideyn və məktəb kollektivi ilə yanaşı, rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsi nümayəndələrinin iştirak etdiyi tədbirlər saat 10-dan başlayaraq 3 saat müddətində davam edib.

Tədbirlərdə məktəblilərin çıxışları, hazırladıqları ədəbi-bədii kompozisiyalar və rəqs nümunələri nümayiş etdirilib.

Xatırladaq ki, bu il rayon orta məktəblərindən ümumilikdə 1130 şagird 11-ci sinif məzunu olub.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə