“AtaTexnologiya” valideyn himayəsindən kənarda qalmış uşaqlara yardım edib
"AtaTexnologiya" MMC valideyn himayəsindən kənarda qalmış uşaqlar üçün "Tumurcuq" qəzetinə abunə təşkil edib. Qurumdan SİA-ya verilən məlumata görə, bu sayədə Bakı şəhəri Xətai rayonunun 3 saylı Uşaq evinin 7 yaşından 14 yaşına qədər yetirmələri həmin xüsusi uşaq nəşrini pulsuz alacaqlar.
"AtaTexnologiya" MMC-nin direktoru Mais Yusifov bildirib ki, bu aksiya şirkətin Korporativ Sosial Məsuliyyəti çərçivəsində aparılır: "Bu aksiya iyunun 1-i Ümumdünya uşaqları müdafiə gününə həsr edilib. Biz cəmiyyət qarşısında sosial məsələlərin həllində valideyn himayəsindən kənarda qalmış, buna görə də xüsusi qayğıya ehtiyac duyan uşaqların problemlərinə diqqət yetirməklə, öz məsuliyyətimizi yerinə yetirməyə çalışırıq".
"AtaTexnologiya" MMC həmçinin, yeniyetmələr üçün İKT sahəsində nailiyyətlərin yayılması və istedadlı gənclərin üzə çıxarılması məqsədilə Azərbaycan Respublikasında Prezident İlham Əliyevin elan etdiyi "İKT ili"nə dəstək çərçivəsində İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə açıq dərslərin keçirilməsini planlaşdırır.
Qeyd edək ki, "AtaHolding" ASC-nin tərkib hissəsində fəaliyyət göstərən "AtaTexnologiya" MMC 2005-ci ilin may ayında yaradılıb. İnformasiya texnologiyaları sahəsində geniş xidmətlər spektri təqdim edən şirkət banklar, iri müəssisə və təşkilatlar üçün proqram təminatı məhsulları bazarında ixtisaslaşıb. Bu məqsədlə "AtaTexnologiya" MMC İT sahəsində qabaqcıl xarici şirkətlərlə: "Yaz", "Netsis", "HP", " Dell", "Cisco", "Microsoft", "Oracle" ilə əməkdaşlıq edir. Bununla yanaşı, "AtaTexnologiya" MMC İT-avadanlığın bütün növləri ilə təchizat üzrə xidmətlər göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB