Şəhid və məcburi köçkün ailələri üçün konsert təşkil olunacaq

Şəhid və məcburi köçkün ailələri üçün konsert təşkil olunacaq

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi tərəfindən (ABAİ İB) "Bir millət, iki dövlət" adlı möhtəşəm konsert proqramı təşkil olunacaq. SİA-ya verilən məlumata görə, konsert Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Azərbaycan Xalq Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyəti arasında imzalanmış və Xalq Cümhuriyyətinin ilk xarici müqaviləsi olaraq, "Tarixi anlaşma"nın imzalanmasının 95 illik münasibəti ilə tərtib edilib.

Konsert proqramı İB-nin "Qarabağdan Anadoluya könül körpüsü" adlı layihəsi çərçivəsində keçiriləcək. Türkiyənin tanınmış sənətçisi, Azərbaycan əsilli Jalə Parıltının öz zəngin repertuarı ilə səh­nə alacağı konsertdə "ortaq keçmişdən ortaq gələcəyə" boylanış incəsənətin dili ilə nümayiş olunacaq.

Qeyd edək ki, konsert şəhid, qaçqın və məcburi köçkün ailələrinə mənsub olan, habelə kimsəsiz uşaqlar üçün təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə