Ev heyvanlarının saxlanılması qaydalarını pozanlara bəd xəbər!

Ev heyvanlarının saxlanılması qaydalarını pozanlara bəd xəbər!

Ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə inzibati cəzalar sərtləşdirilir və yeni cəzalar müəyyənləşdirilib. SİA-nın xəbərinə görə, məsələ Milli Məclisdə (MM) müzakirə olunub, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik edilib.

Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Belə ki, dəyişikliklə baytarlıq xidməti ilə razılaşdırmadan ev heyvanları yarışlarının keçirilməsinə; it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyən etdiyi saydan artıq saxlanılmasına; ev heyvanlarının baytarlıq uçotuna alınmadan saxlanılmasına, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə; ev heyvanlarının insanların üzərinə saldırılmasına; yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsdədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə; qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsliməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına; ev heyvanını saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməsinə görə – 200 manat miqdarında cərimə nəzərdə tutulur.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, hazırki qanunvericiliyə əsasən, şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə