Qeysəriyyə əməliyyatını qanunsuz edənlər cəzalandırılacaq

Qeysəriyyə əməliyyatını qanunsuz edənlər cəzalandırılacaq

Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılmasına görə inzibati cəza müəyyənləşdirilir. SİA-nın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə müvafiq maddə əlavə edilməsi məsələsi Milli Məclisin (MM) bugünkü plenar iclasında müzakirə olunub.

Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib. Belə ki, əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manatadək, hüquqi şəxslər isə 10 min manatdan 15 min manatadək cərimə ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə