YAP GB “Bədən dili” adlı seminar keçirib

YAP GB “Bədən dili” adlı seminar keçirib

Bu gün YAP Gənclər Birliyində psixoloq Elnur Rüstəmovun təqdimatında "Bədən dili" adlı seminar keçirilib. SİA-nın verdiyi xəbərə görə, seminarda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov, YAP Gənclər Birliyinin üzvləri, media nümayəndələri və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov seminar haqqında məlumat verib: "Hər dəfə gəncləri maraqlandıran seminarlar keçiririk. Növbəti mövzumuz Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun təqdimatında "Bədən dili" adlı mühazirə olacaq. O, sizi maraqlandıran bütün suallara cavab verəcək".

Daha sonra çıxış etmək üçün söz alan Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov "Bədən dili" adlı seminarın nə demək olduğunu başa salıb: " "Bədən dili" nin anlamı siqnal ötürmək deməkdir. Biz hərəkətlərimizlə insanlara nəyisə başa salmağa çalışırq. İnsanlara söz 7%, səs tonu 38%, bədən dili isə 55 % təsir edir. Onu da deyim ki, "Bədən dili"ndən siyasətçilər belə istifadə edib. Onlardan Ulu Öndər Heydər Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və başqalarını nümunə göstərə bilərik. Ümummilli Lider Heydər Əliyev hər zaman jestləri ilə insanları çox gözəl şəkildə başa sala bilirdi. Hətta səs tonunu harada qaldıracağını belə çox yaxşı bilirdi".

Qeyd edək ki, seminar müzakirələr ətrafında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə