Gənclərin Səudiyyə Ərəbistanına səfərləri başlayıb

Gənclərin Səudiyyə Ərəbistanına səfərləri başlayıb

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində, cari ilin 1 – 10 iyun tarixlərində Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun baş məsləhətçisi Fərid Qurbanzadənin rəhbərliyi altında azərbaycanlı gənclərdən ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri başlayır. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşları, ATGTİ-yə daxil Tələbə Gənclər Təşkilatlarının (TGT-lər) sədrləri də daxildir.

ATGTİ-dən SİA-ya verilən məlumata görə, səfərləri çərçivəsində nümayəndələrimiz Səudiyyə Ərəbistanının Ciddə və paytaxt Ər-Riyada şəhərlərinə baş çəkəcəklər. Ölkənin müxtəlif mədəniyyət və dini-tarixi abidələri, (Peyğəmbər məscidi, Parlament Binası) muzeyləri ilə tanış olacaqlar.

Bundan əlavə nümayəndələrimiz Səudiyyə Ərəbistanının bir sıra dövlət rəsmiləri, Ər-Riyad şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbə təşkilatları ilə görüşəcəklər.

Qeyd edək ki, görüş zamanı iki ölkə gənclər siyasətini və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə