YAP Gəncləri Körpələr Evini ziyarət ediblər

YAP Gəncləri Körpələr Evini ziyarət ediblər

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi (GB) sosial layihələrindən daha birini həyata keçirib. SİA-ya verilən məlumata görə, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Yeni Azərbaycan Partiyası Gəncləri Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evini ziyarət ediblər.

Bu gün dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş bu körpələrə, həmçinin onlara gecə-gündüz xidmət edən insanlara mənəvi dəstək olmaq gənclərin borcudur. 1 İyun günündə qayğıya ehtiyacı olan kimsəsiz uşaqlarla görüşmək, onlarla bir olmaq ənənəsi məhz Ulu Öndə Heydər Əliyev tərəfindən qoyulub, bu gün də gənclər tərəfindən davam etdirilir. Ölkədə kimsəsiz uşaqlar üçün hər cür şərait yaradılıb.

Xüsusilə qeyd edək ki, uşaq evlərinin ləğv olunması istiqamətində ölkənin Birinci Xanımı Mehriban Əliyeva böyük layihələr həyata keçirir.

YAP Gəncləri də bu ənənələri davam etdirəcək və gənclərin bu məkanlara diqqətinin artırılması üçün təşkil etdiyi ziyarətlər davamlı olacaq.

YAP Gəncləri körpələr üçün aldıqları dərman və digər ləvazimatları körpələr evi rəhbərliyinə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə