Qərb bölgəsinin ən böyük aqrar rayonlarından olan Şəmkirdə istixanaların sayı artırılır. Rayon İcra Hakimiyyəti Aparatının Aqrar Məsələlər üzrə müavini Pərviz Tağızadənin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, Şəmkirdə 1500 ha sahədə istixana yaradılıb. Onun sözlərinə görə, buradan ümumilikdə 100 tondan artıq məhsul götürüləcək: "Əldə olunan məhsullar yerli bazarlarla yanaşı xarici ölkələrin bazarlarına da çıxarılır. Əsasən Rusiya bazarlarında Şəmkir rayonun istixanalarından əldə olunan məhsulların satışı həyata keçirilir".
P.Tağızadə qeyd edib ki, hazırda ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitində məhsul yığımı geciksə də, bu istiqamətdə aidiyyatı orqanların dəstəyi ilə lazımi tədbirlərin icrasına başlanıb: "Yağmurlu hava şəraiti müəyyən çətinliklər yaratsa da sahibkarlar məhsullarını yerdə qoymaq istəmirlər. Qeyd edim ki, kömək məqsədilə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən də lazımi dəstək verilir".
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB