Baş prokuror Şimal bölgəsində olacaq

Baş prokuror Şimal bölgəsində olacaq

Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən cari il iyunun 7-də saat 11:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcəkdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə