Parlament Miqrasiya Məcəlləsini qəbul edəcək

Parlament Miqrasiya Məcəlləsini qəbul edəcək

"Yaxın zamanlarda Milli Məclisdə miqrasiya məsələlərilə bağlı Miqrasiya Məcəlləsi qəbul olunacaq". SİA-nın xəbərinə görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə belə deyib.

O bildirib ki, qanun layihəsi Parlamentdə artıq iki oxunuşdan keçib: "Üçüncü oxunuşda isə Məcəllənin qəbulu gözlənilir. Burada bir sıra məsələlər öz həllini tapacaq. O cümlədən, xarici şirkətlər tərəfindən bizə müraciət olunan problemlərin həlli də bu məcəllədə əks olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə