Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində "Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili" adlı layihənin təqdimat mərasimi keçirilib. BDM-dən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriləcək layihə haqqında danışan BDM-in sədr müavini Samir Adıgözəlli 3 ay müddətində nəzərdə tutulan işlər haqqında iştirakçılara geniş məlumat verib. O, qeyd etdi ki, nəzərdə tutulan layihə Belarusiyanın Qrodno şəhərində həyata keçiriləcək. Bununla bağlı artıq, səfər proqramının hazır olduğunu və önümüzdəki ayın birinci ongünlüyündə reallaşacağını bildirib.
Daha sonra BDM sədri İsmayıl Ağayev çıxış edərək, mərkəzin bu istiqamətdə xarici ölkələrdə keçirdiyi tədbirlər haqqında danışıb. O, çıxışında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə BDM-in əməkdaşlığını yüksək qiymətləndirib. Lakin Azərbaycanın təbliği kimi mühüm layihələrə ayrılan vəsaitin yetərli olmadığını qeyd edib. Buna baxmayaraq mərkəzin imkanlarını səfərbər edərək, Belarusiyada keçiriləcək layihəni də müvəffəqiyyətlə baş tutacağını əminliklə bildirib. Təqdimatda iştirak edən BDM-in Avropa nümayəndəliyinin rəhbəri professor Azər Kərimov da çıxış edərək bir neçə günlüyünə Vətəndə işgüzar səfərdə olduğunu bildirərək, BDM-in belə bir mühüm layihə həyata keçirilməsindən razılıq ifadə edib. O, çıxışında qeyd edib ki, Belarusiya kimi Şərqi Avropa ölkələrində Azərbaycanın təbliği istiqamətində fəaliyyətin gücləndirilməsini vacib sayıb.
Tədbirdə iştirak edən BDM-in departament rəhbəri Ənvər Əhməd, Vidadi Nuriyev, Aqil Hidayətov öz çıxışlarında Azərbaycanın tanıdılması istiqamətində bundan öncə də həyata keçirilmiş layihələrin əhəmiyyətini qeyd edərək, hazırki layihənin də aparılan işin davamı olacağını bildiriblər.
Sonda Belarusiyada həyata keçiriləcək layihə çərçivəsində hazırlanmış "Rezultatı armyanskoy aqressi" bukleti təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB