"Erməni oğurluqları artıq iki yüz ildən çoxdur ki, davam edir. Bununla bağlı olaraq Azərbaycan müəyyən preventiv işlər aparır". SİA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov belə deyib.
Onun sözlərinə görə, ermənilər keçən dövr ərzində Azərbaycanın milli mədəniyyətini oğurlayıblar, oğurlayırlar və çox güman ki, milli adət ənənələri, milli musiqiləri yenə də oğurlayacaqlar: "Azərbaycan Avropada yeganə dövlətdir ki, öz faktiki nümunələrini qoruyur. Erməni oğurluqları ilə bağlı olaraq Agentliyimiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edir. Bu müraciətimizi isə təşkilat ermənilərə çatdırır. Gələn ilin əvvəllərində Ümumdünya Əqli Mülkiyyət təşkilatı iki mühüm konvensiya qəbul etməlidir. Bu konvensiya sayəsində təşkilata üzv olan ölkələr folklor nümunələrinin və ənənəvi biliklərin qorunması ilə bağlı müəyyən öhdəliklər götürəcək. Ölkəmiz bu konvensiyanın çox tezliklə qəbul olunmasını gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB