Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının (ADU TGT) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və AR Prezidentinin yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan "I İngilis Dili Olimpiadası"nın final mərhələsi keçirilib.
ATGTİ-dən SİA-ya verilən məlumata görə, 1000-dən çox tələbənin iştirak üçün müraciət etdiyi, olimpiadanın finalına 73 tələbə vəsiqə qazanıb. Final mərhələsində iştirakçılar 2 saat ərzində "History, art and culture of Azerbaijan" (Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti) mövzularında inşalar yazıblar.
Bir müddət sonra keçiriləcək "I İngilis Dili Olimpiadası"nın bağlanış mərasimində ümumi olimpiada nəticələri açıqlanılacaq və qaliblər mükafatlandırılacaq.
Qeyd edək ki, olimpiadada iştirak edənlər arasında Toronto, Erasmus, Vaterlou, Nyu-Kasl kimi Universitetlərinin tələbələri də var idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB