Mayın 28-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təbliği və tətbiqi, seçki hüququ məsələlərinin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ərazi icra nümayəndələrinin, bələdiyyələrin, ictmai təşkilatların nümayəndələri, rayon sakinləri iştirak etdiyi tədbiri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq son illər ölkədə gedən iqtisadi-sosial yüksəlişin fonunda ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması sahəsində əldə edilən uğurlardan danışıb. İcra başçısı Lənkəran rayonunda da bu istiqamətdə görülən işlərə toxunub, sakinlərin ərizə və şikayətlərinin diqqətlə araşdırılması, həmçinin yerlərdə vətəndaşların arzu və təkliflərin öyrənilməsi və qaldırılan məsələlərin həllində irəliləyişlərin əldə edildiyini diqqətə çatdırıb.
Toplantıda çıxış edən edən Ombudsman Elmira Süleymanova "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" haqqında məlumat verərək bildirib ki, Milli Fəaliyyət Proqramı insan hüquqları sahəsində islahatların yeni bir mərhələsidir.
E. Süleymanova ölkəmizdə həyata keçirilən demokratik, hüquqi və sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halının daha da yaxşılaşdığını, son 10 ildə ölkə büdcəsinin 15 dəfə artdığını, 1milyon 100 minə yaxın yeni iş yerinin yaradıldığını vurğulayıb. Əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin 90 illiyinin qeyd edildiyi müstəqil Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirildiyini, insan hüquq və azadlıqlarının müdafiəsi və təbliği məsələsinin də mühüm yer tutduğunu bildirib.
Ombudsman E.Süleymanova 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili olduğunu vurğulayaraq seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Azərbazycan Prezidentinin müvafiq Sərəncamlarının əhəmiyyətini qeyd edib, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə Lənkəran rayon prokuroru Natiq Abdullayev, Şəhər Rayon Polis şöbəsinin rəisi Möhübbət Hüseynov, Rayon Məhməsinin sədri Elçin Kazımov insan hüquqlarının qorunması, prokuror nəzarəti, məhkəmə-hüquq islahatları, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətində Qanun və normativ hüquqi aktlara əməl olunmasının vəziyyəti və digər məsələr barədə məlumata veriblər.
Müzakirələrdə, həmçinin, vətəndaş cəmiyyəti və icmaların fəallığının təmin olunması, əhali arasında hüquqi maarifləndirmənin zəruriliyi, erkən nikahların yolverilməzliyi və bu problemə qarşı ictimai qınağın vacibliyi diqqətə çatdırılıb.
İctimai dinləmələrdən sonra Ombudsman Elmira Süleymanova Lənkəran ŞRPŞ-nin istintaq təcridxanasına baxış keçirib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB