QOÇLARIN maliyyə durumu düzələcəkdir. İmzaladığınız müqavilələr yaxşı gəlir gətirməlidir. Amma bunun üçün soyuqqanlı hərəkət edib, yalnız ölçülüb-biçilmiş qərarlar qəbul etməlisiniz.
BUĞALAR uzun sürən maliyyə uğurlarından sonra yamanca xərcə düşəcəklər. Yəni arxaya atdığınız pulların xeyli hissəsi bada gedəcəkdir. Vəziyyətlə barışmağa çalışmalısınız. Neyləməli, müasir maliyyə həyatının öz qayda-qanunu vardır. Ona görə də nəticəsinə əmin olmadığınız işin qulpundan yapışıb əbəs yerə riskə getməyin.
ƏKİZLƏRİN də maliyyə durumu yaxşılaşır. Amma sevincək olub səxavət kisəsinin ağzını gen-bol açmağa ehtiyac yoxdur. Bu günlər həqiqətən ehtiyacınız olan şeyləri almalısınız. Yoxsa şirkətinizin büdcəsi bərbad vəziyyətə düşə bilər. Aza qane olmağı öyrənin ki, çox özü gəlib sizi tapsın. Onda ətrafdakıların sizə münasibətinin yavaş-yavaş yaxşılaşdığını görəcəksiniz.
XƏRÇƏNGLƏR ayaqlarını yorğanlarına görə uzatmalıdırlar. Yadda saxlayın ki, şükürlü bəndə olmaq çox yaxşı cəhətdir. Nikbinliyinizi itirməyin. Çətinliklərlə üzləşəndə ruhdan düşməyin. Onda gec-tez bəxtiniz üzünüzə güləcəkdir.
ŞİRLƏRİ maliyyə çətinlikləri gözləyir. Pul köçürmələri, alğı-satqı məsələlərində tədbirli olmağa çalışın. İstirahət günlərini istirahətə həsr etmək üçün bütün işlərinizi həftə sonuna qədər bitirməlisiniz.
QIZLAR gərgin həftəyə qədəm qoyurlar. İşdə əlavə tapşırıqlar bütün asudə vaxtınızı alacaq, sizdən böyük məsuliyyət tələb edəcəkdir. Belə gərginlik sağlamlığınıza pis təsir göstərə bilər. Doyunca yatmağa çalışın, evə iş götürməyin, vaxtınızı düzgün bölüşdürün. Onda həftəni necə başa vurduğunuzu özünüz də hiss etməyəcəksiniz.
Rəhbərliyin əli TƏRƏZİLƏRİN başı üzərində olacaqdır. Yuxarıların sizə qarşı rəğbəti, təəssüf ki, bədxahlarınızın sıralarını genişləndirəcəkdir. Həmkarlarınızın ürəyinə yol tapmağa çalışın ki, ayağınızın altını qazmağa vicdanları yol verməsin. İstirahət günlərini necə keçirəcəyinizi həftə sonu sizi gözləyən görüş müəyyən edəcəkdir.
ƏQRƏBLƏRİN bəxti bu həftə onlardan üz çevirə bilər. Əvvəlcə hər şey yağ kimi gedəcəkdir. İşdəki bütün təşəbbüsləriniz "əhsən" nidaları ilə qarşılanacaqdır. Həmkarlarınız sizi dəstəkləyəcəklər. Amma həftə sonu bədahətən başınızın üstünü qara buludlar ala bilər. Odur ki, son dərəcə ehtiyatlı olmalı, heç bir xırdalığı gözdən qaçırmamalısınız.
Dinamik Merkurinin təsiri OXATANLARIN tədbirli olmalarına kömək edəcəkdir. Şübhə qazanında qovrulmağınız yetər. Bundansa özünüzü ələ alıb səylə çalışmalısınız. Diqqətinizi əsas məsələdən yayındırmadan işləməyə başlasanız, misli görünməmiş uğurlara imza atıb xoşagəlməz hallardan qurtula bilərsiniz.
OĞLAQLAR özlərini kollektiv işə kökləməlidirlər. Güc birlikdədir deyiblər. Kimsə sizdən yardım istəsə, bərk məşğul olmağınızı bəhanə gətirib boyun qaçırmağa tələsməyin. Əl əli yuyar, əl də qayıdıb üzü. Kim bilir, bəlkə indi əl tutduğunuz bu insanlar vaxtı gələndə sizi "quyunun dibindən" çıxaracaqlar.
DOLÇALAR bu həftə Günəşin təsiri altında olacaqlar. Günəşin nuru həyatınızın bütün sahələrini işıqlandıracaqdır. Dəvət olunduğunuz tədbir bütün gələcəyinizi dəyişəcəkdir.
BALIQLAR böyük həcmdə işin zəhmətinə qatlaşmalı olacaqlar. Hər çətinliyin öhdəsindən özünüz gəlməlisiniz, çünki köməyinə bel bağladığınız insanların başı öz işlərinə qarışacaqdır. Kefinizi pozub, taleyinizdən şikayətlənməyin. Müstəqil hərəkət etməyiniz sayəsində peşəkarlığınızı cilalamış olacaqsınız ki, bu isə başa düşən adam üçün böyük nemət və Yaradanın lütfüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB