Distant formada vətəndaşların qəbulu təşkil olunub FOTO

Distant formada vətəndaşların qəbulu təşkil olunub FOTO

Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun başçılığı ilə videokonfrans sistemi vasitəsilə distant formada vətəndaşların qəbulu keçirilib. SİA-ya verilən məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı ilk öncə sakinlər yaradılan bu cür şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Qaradağ rayonu üzrə qəsəbələrin vətəndaşlarının problemləri dinlənilib, qəsəbələrin ümumi problemləri haqqında geniş danışılıb. Həlli məsələlər elə yerindəcə öz həllini tapıb, qəsəbə sakinlərini narahat edən digər problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Ümumilikdə görüşdə 150-ə yaxın iştirak edən qəsəbə sakinlərindən 41 nəfəri fərdi qaydada dinlənilib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbələrinin və ümumilikdə Qaradağ rayonun problemlərinin həllində xüsusi rol oynadığı qeyd edərək görüləcək işlər barədə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə