"Bakcell" şirkəti "Bakcell" ilə futbol" proqramı çərçivəsində yeni layihəyə start verir. AFFA-nın dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında (Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıt) futbol məktəbinə seçim turları təşkil olunacaq. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda, "Bakcell Arena"da "Mançester Yunayted"in futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirak edə biləcəklər.
Təlim-məşq toplantısının nəticələrinə uyğun seçilən 5 gənc istedad Mançesterə səfər edib əfsanəvi "Old Trafford"u, "Mançester Yunayted" Futbol Akademiyasını, eləcə də komandanın təlim-məşq bazasını görə biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB