Bu gün ölkəmizdə mədəniyyət ocaqlarına - kino və teatrlara, muzeylərə insanların, xüsusən də gənclərin marağı olduqca aşağı səviyyədədir. Dəfələrlə mediada bununla bağlı teatr və kino xadimlərimiz öz fikrilərini ifadə edib, gənclərimizi teatrlara və kino zallarına dəvət ediblər. Dövlətin, mədəniyyət ocaqlarının ən müasir tələblərə uyğun səviyyədə qurulması üçün ayırdığı diqqət, mədəniyyətə göstərdiyi qayğı bizlərin də bu sahəyə diqqətimizin artırılmasını vacib edir.
Gənclərin teatrlara, kino zallarına mütəmadi gəlişini təşkil etmək, onların bu sahəyə diqqətinin atırılması üçün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) başlatdığı "Mədəniyyətə səyahət"adlı layihə çərçivəsində partiyanın gəncləri növbəti dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olublar. SİA-ya verilən məlumata görə, gənclər Jorj Bizenin "Karmen" operasına tamaşa ediblər. İlk dəfə olaraq "Karmen" ariyasını rusiyalı vokalçı M.İ.Qlinka adına və Beynəlxalq "Bellini" müsabiqəsinin "Qran-Pri" mükafatı və qızıl medalının sahibi Larisa Andreyeva ifa edib. Tamaşa gənclərin böyük marağına səbəb olub.
Qeyd edək ki, YAP Gənclər Birliyinin həyata keçirdiyi bu layihə, teatrın rəhbərliyi və əməkdaşları tərəfindən yüksək dəyərləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB