Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Fililalının (MDU BF) bir qrup tələbəsi Dənizkənarı Bulvar İdarəsi, SOCAR Ekologiya İdarəsi və İDEA kampaniyasının dəstəyi ilə Enactus Beynəlxalq Tələbələrarası Müsabiqə çərçivəsində yeni layihəyə start verib.
SİA-ya verilən məlumata görə, layihənin məqsədi kimsəsiz gənclərə, aztəminatlı ailələr və internatlardan olan yeniyetmələrə Azərbaycanda az yayılmış, lakin tələbatı yüksək olan landşaft dizaynı ixtisası üzrə maarifləndirmək, onları yerlərdə işlə təmin etmək, həmçinin Azərbaycanda landşaft dizaynı üzrə yerli mütəxəssislər hazırlamaqdır.
Layihə çərçivəsində təlimlər artıq başlayıb. Hazırda 12 nəfər landşaft dizaynı mövzusunda dərslərdə iştirak edir. Dərslər həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla, Lomonosov adına Moskva Dövlət Universitetinin Moskvadan dəvət olunmuş mütəxəssisləri və Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən keçirilir. Gənclərə əsas etibarilə şaquli yaşıllaşdırma mövzusunda dərslər keçiləcək, belə ki, landşaft dizaynının qeyd olunan növü Azərbaycanda yayılmamyıb. Tədris kursu sentyabr ayının sonunadək davam edəcək. Kursun sonunda imtahan keçiriləcək. İmtahanı müvəffəqiyyətlə başa vuran gənclər MDU-nun diplomunu alacaq və müvafiq idarələrdə işlə təmin olunacaqlar.
Belə ki, Azərbaycanda landşaft dizaynı sahəsi üçün mütəxəssis hazırlayan təhsil müəssisəsi yoxdur. Dövlət sifarişləri xarici şirkətlər və xaricdə təhsil almış mütəxəssislər tərəfindən yerinə yetirilir.
Qeyd edək ki, Enactus Beynəlxalq Tələbələrarası Müsabiqə olub dünyanın 38 ölkəsindən olan 1600 universiteti əhatə edir. Müsabiqə çərçivəsində tələbələr iqtisadiyyat, ekologiya və sosial yönümlü biznes layihələr həyata keçirir, ilk öncə milli seçim mərhələsində iştirak edir, ölkədaxili müsabiqədə qalib gələn komanda beynəlxalq səviyyədə yarışır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB