“Riyaziyyat və İnformatikanın Aktual Problemləri”

“Heydər Əliyevin 90 illik yubileyi” nə həsr olunmuş “Riyaziyyat və İnformatikanın Aktual Problemləri” adlı beynəlxalq konfrans keçiriləcək.
“Riyaziyyat və İnformatikanın Aktual Problemləri”

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə 29-31 may tarixlərində Bakıda "Heydər Əliyevin 90 illik yubileyi" nə həsr olunmuş "Riyaziyyat və İnformatikanın Aktual Problemləri" adlı beynəlxalq konfrans keçiriləcək. SİA-ya verilən məlumata görə, mayın 29-da keçiriləcək konfransın işi "Riyaziyyat" və "İnformatika" bölmələri üzrə təşkil ediləcək. Bölmə iclaslarında "Riyaziyyat" üzrə "Funksional Analiz", "Operatorların Spektral Nəzəriyyəsi", "Approksimasiya Nəzəriyyəsi", "Diferensial Tənliklər", "Harmonik Analiz və Funksiyalar Nəzəriyyəsi", "Qeyri - Səlis Nəzəriyyə", "Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika", "İdarəetmıə Nəzəriyyəsi" müzakirə ediləcək. "İnformatika" bölməsi üzrə mövzulara isə "Süni Neyron Şəbəkələr, Qeyri – Səlis Sistemlər", "Kompüter Şəbəkləri və Sistemləri", "Qərar Qəbul Etmə Sistemləri", "Obrazların Tanınması", "Təbii Dillərdə Yazılmış Mətnlərin İşlənməsi", "Proqram Təminatının hazırlanması", "İnternet Proqramları və Veb – Xidmət", "İnformasiya Təhlükəsizliyi", "İnformasiya Texnologiyaları və Kompüter Təhsili" və "Nanotexnologiya" daxildir.

Qeyd edək ki, Azərbaycan, ingilis və rus dilləri daxil olan konfransda plenar çıxışlar - 30 dəqiqə, seksiyalarda məruzələr isə - 15 dəqiqə nəzərdə tutulur. Ətraflı məlumatı www.apmi2013.azjm.org saytından əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə