Bu günün hava praqnozu

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 14-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Aqrometeoroloji şərhə gəlincə respublikanın bəzi rayonlarında mayın 27-28-də gözlənilən yağıntılı hava şəraiti kənd təsərrüfatı bitkilərinin normal inkişafını təmin etməklə yanaşı yetişməkdə olan taxıl bitkilərinin gövdələrinin yerə yatmasına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə