Ermənilər atəşkəsi pozmaqda davam edir

Ermənilər atəşkəsi pozmaqda davam edir

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə