Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədi sakini Qafarova Radənin rəhbərlik etdiyi "Yaradıcılıq Studiyası" fərdi layihəsinə start verilib. SİA-ya verilən məlumata görə, layihənin məqsədi Ağcabədidə yaşayan, təhsil alan və məskunlaşan 14-35 yaş arası gənclərin istedadlarının tanınması və daha da inkişaf etdirilməsi, onlara ustad dərslərin verilməsi, mediya bacarıqlarının öyrədilməsidir.
Bu məqsədlə sayt hazırlanacaq və bundan sonra gənclər öz yaradıcı işlərini bu sayt vasitəsilə tanıda biləcəklər. 300 nəfərdən çox gənci əhatə edəcək layihə çərçivəsində studiyanın ilk iştirakçıları Ağcabədidə yerləşən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin gənc müəllim və şagirdləri olub. Gənclərə Muğam Mərkəzinin təcrübəli müəllimləri tərəfindən ustad dərslər verilib və gənclərin ifasında gözəl muğamlarımız və mahnı nömrələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB