Mayın 25-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "İdman" işçi qrupu 13 aprel tarixində başlayan "Streetball" (küçə basketbolu) üzrə yarışmanın finalnı (final oyununu) keçircək.
ATGTİ-dən SİA-ya verilən məlumata görə, "Hit the RİM" şüarı altında keçiriləcək turnirdə 3x3 formatında 30 komanda iştirak edib. Finalda "Dəlilər" və "Rokkies" komandaları qarşılaşacaqlar. Qaliblər kubok, medal və diplomlarla mükafatlandırılacaqlar.
Qeyd edək ki,bu streetball çempionatının finalında SLamDunk şou, 3 Point Shoot Out contest (3 xallıq atış yarışı), repçilərin və rəqs komandalarının çıxışları gözlənilir.
Xatırladırıq ki, Streetball çempionatı Heydər Əliyev adına İdman və Konsert Kompleksində olacaq. Giriş sərbəstdir.
Qeyd edək ki, yarışma ATGTİ-nin və və "StreetBall Baku"nun təşkilati dəstəyi ilə reallaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB