Lənkəranda Ədliyyə naziri Fikrət Məmmədov Cənub və Aran bölgəsinin hakimlərinin, yerli ədliyyə işçilərinin, eləcədə icra məmurlarının iştirakı ilə zona müşavirəsi keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Cənub bölgəsinə səfəri çərçivəsində Ədliyyə naziri Fikrət Məmmədov və Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov ilk öncə şəhərin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Sonra Nazir Lənkəran Agır Cinayətlər Məhkəməsinin akt zalında Cənub və Aran bölgəsinin hakimlərinin, yerli ədliyyə işçilərinin, eləcədə icra məmurlarının iştirakı ilə zona müşavirəsi keçirib. Müşavirədə ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, son illər Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar məhkəmə-hüquq sistemini də əhatə edir, regionların social-iqtisadi inkişafına uygun olaraq vətəndaşların müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə yeni Regional məhkəmələr və Ədliyyə şöbələri yaradılıb, bu sahədə infrastrukturun müasirləşdirilməsi, maddı-texniki bazanın gücləndirilməsi həyata keçirilib. Artıq 4 müasir məhkəmə binası istifadəyə verilib, 2 məhkəmə kompleksi və rayon məhkəməsi üçün yeni binaların təməli qoyularaq intensiv tikintisi aparılır. Nazir Ölkə başçısının Dövlət məmurları tərəfindən etik davranış qaydalarına riayət olunması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bütün qərarların ədalətli olması barədə meyarlarını, vətəndaş-məmur münasibətləri ilə bağlı ciddi tapşırıqlarını diqqətə çatdıraraq bu tələblərə hakimlər və ədliyyə işçiləri tərəfindən dönmədən riayət olunmasının vacibliyini qeyd edib. Bununla yanaşı, məhkəmə qərarlarının vaxtında və dürüst icrası, bu zaman insan hüquqlarına ciddi riayət olunması, icra işinin yaxşılaşdırılması üzrə konkret göstərişlər verilib, korrupsiya, süründürməçilik, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyi, əks təqdirdə ən ciddi intizam tədbirlərinin tətbiqini xüsusi vurğulayıb. Nazir mayın 24-də isə Cənub bölgəsində vətəndaşların qəbulunu keçirib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB