Ədliyyə naziri Lənkəranda vətəndaşları qəbul edib FOTOLAR

Ədliyyə naziri Lənkəranda vətəndaşları qəbul edib FOTOLAR

Mayın 24-də Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Lənkəran rayonlarından olan vətəndaşların qəbulunu keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Gün ərzində aparılmış qəbul zamanı nazir ədliyyə orqanlarının, eləcədə notariat, qeydiyyat və icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün dərhal qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərə tapşırıqlar verib. Qəbulda olan sakinlər belə görüşlərin təşkili üçün Ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlərin isə hərtərəfli araşdırıldıqdan sonra konkret tədbirlərin görüləcəyi bildirilib. Eyni zamanda, Ədliyyə və Məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə