GDU-də "Məzun-2013" əmək yarmarkası keçirilib FOTO

GDU-də "Məzun-2013" əmək yarmarkası keçirilib FOTO

Gəncə Dövlət Universitetində ilk dəfə olaraq "Məzun-2013" əmək yarmarkası keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, 1200 məzunun iştirak etdiyi yarmarkada 196 dövlət və özəl müəssisənin nümayəndələri iştirak edib. Təklif edilən vakant iş yerlərində əməkhaqqı 200 manatdan 700 manatadək dəyişib.Tədbirdə iştirak edən ali təhsil ocağının rektoru eləcə də, şəhər İcra Hakimiyyəti Aparatının rəsmiləri bildirib ki, belə yarmarkaların təşkili gənc kadrların işlə təmin olunması baxımından xüsusi önəm daşıyır.

Qeyd edək ki, ali təhsil müəssisələrində oxuyan tələbələrin iş tapmaları üçün dövlət tərəfindən də mühüm işlər görülür.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə