Respublika Süni Mayalanma Mərkəzi fəaliyyətini genişləndirir

Respublika Süni Mayalanma Mərkəzi fəaliyyətini genişləndirir

Ölkəyə gətirilən iribuynuzlu damazlıqların, eləcə də yerli mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə yaradılan Respublika Süni Mayalanma Mərkəzi fəaliyyət istiqamətini genişləndirir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hazırda mərkəzdə 22 müxtəlif cinsli baş törədici buğa və kələlərin yetişdirilməsi həyata keçirilir. Mərkəz fəaliyyət göstərdiyi 3 il ərzində 250 min dozada toxum istehsal edərək fermer təsərrüfatlarına satışını həyata keçirib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə gələcəkdə xırdabuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün toxum istehsalı da nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə