12 qoyun canavar hücumuna məruz qaldı FOTO

12 qoyun canavar hücumuna məruz qaldı FOTO

Son günlər yırtıcıların kəndlərdə ev heyvanlarına hücumu intensivləşıb. Qubanın Zərdabi kəndində 12 baş xırdabuynuzlu heyvan canavar hücumuna məruz qalıb. SİA-nın Şimal bürosunun xəbərinə görə, hadisə bu gün gecə saatlarında kənd sakini Tahir Ağayevin şəxsi təsərrüfatında baş verib. Gecə həyətə daxil olan canavar həmin qoyunlardan 7-ni öldürüb, 5-ni isə yaralayıb.

Quba Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə dərhal gəlib. Quba Baytarlıq İdarəsinin həkimi Cümşüd Nemətov bildirib ki, sağ qalan heyvanların quduzluq xəstəliyinə tutulmaması üçün müvafiq tədbirlər davam etdiriləcək.

Emin Kərimov


Bütün xəbərlər Facebook səhifəmizdə