Azərbaycanın Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən 28 may - Respublika günü münasibəti ilə rəsmi qəbul təşkil olunub. Baş konsulluqdan SİA-ya verilən məlumata görə, qəbulda Manqistau vilayətini qubernatoru Alik Serikbayeviç Aydarbayev, Aktau şəhər meri Edil Terekbayoğlu Janbırşın, Manqistau vilayət quberniyasının idarə və təşkilatlarının rəhbərləri, Aktau şəhərində fəaliyyət göstərən elm və təhsil müəssisələrini, digər dövlət qurumların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporasının üzvləri, azərbaycanlı tələbələr, televiziya və mətbuat orqanlarının nümayəndələri iştirak edib. Tədbirin açılışında Azərbaycan və Qazaxıstanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov, şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyətinin yaranma tarixindən, sovetlər birliyi süqut edəndən sonra ölkəmizin dövlət müstəqilliyinin bərpasından geniş məlumat verib. R.Məmmədov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan daxili və xarici siyasət nəticəsində ölkəmizin möhkəmlənməsi və inkişafında qazandığı uğurları vurğulayaraq, müasir dövrdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən lider ölkəyə çevrilməsindən danışıb.
Manqistau vilayət (qubernatoru) müavinin A.S.Aydarbayev çıxışında, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib. O, bu əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin və Qazax xalqının ümummilli Lideri Nursultan Nazarbayevin uzaq görən siyasətləri nəticəsində qurulduğunu və bu gün də Azərbaycan və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyindən danışıb. Tədbirdə həmçinin, Azərbaycan-Qazaxıstan dostluq cəmiyyətinin sədri Eldar Günaydın çıxış edərək, iki ölkə arasında mövcud dostluq əlaqələrindən söhbət açıb. Daha sonra tədbir iştirakçıları, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Qarabağ" ansamblının, müğənni Həbib Quliyevin, gənc estrada və caz musiqisinin ifaçısı Rəfael Bayramovun ifasında mahnılara, "Azəri" rəqs qrupunun ifasında milli rəqslərə tamaşa etiblər. Tədbirdə həmçinin Qazaxıstan tərəfindən rəqs qrupunun ifasında qazax rəqsləri nümayiş etdirilib. Tədbir iştirakçılarına verilən ziyafətdə plov, dolma və digər milli təamlar təqdim olunub.
Qeyd edək ki, tədbir "Qazaxıstan-Aktau" televiziya kanalı tərəfindən çəkilərək xəbərlər proqramında nümayiş etdirilib, həmçinin yerli və mərkəzi mətbuat orqanlarında işıqlandırılıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB