"Narkomaniyaya Qarşı Mübarizə” İctimai Birliyinin təqdimatı keçirilib

"Narkomaniyaya Qarşı Mübarizə” İctimai Birliyinin təqdimatı keçirilib

Milli QHT Forumu "Gələcəyə Baxış" İctimai Hərəkatına narkomaniyaya qarşı mübarizədə dəstək verdi. SİA-ya verilən məlumata görə, bu bəşəri bəla ilə mübarizədə "Gələcəyə Baxış" İctimai Hərakatının departament sədri Azər Mustafayevin sədrliyi ilə yaradılan yeni ictimai birliyin əsas məqsədi gənclərə narkomaniya haqqında geniş məlumat vermək, sözügedən bəlanın gənclər arasında yayılmasının qarşısını almaqdır.

Milli QHT Forumunun icraçı direktoru, "Gələcəyə Baxış" İctimai Hərəkatının İdarə Heyətinin üzvü Günel İbrahim layihə barədə bilirib ki, bu istiqamətdə fəaliyyət göstərən təşkilatların bir şəbəkə halında formalaşması narkomaniya ilə mübarizədə uğurlu nəticələr verə bilər. Uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğun da qeyd edən Günel İbrahim bütün ictimai təşkilatları problemlə mübarizədə əlbir olmağa səslədi. O, eyni zamanda bildirib ki, Milli QHT Forumu Narkomanlığa və narkotik vasitələrin Qanunsuz dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvüdür və bu mövzuda bir sıra tədbirlər həyat keçirib.

"Gələcəyə Baxış" İctimai Hərkatın həmsədri Əhməd Paşayev isə təşkilatın yaranmasına dair bildirib ki, narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə