Gənclərinin beyin mərkəzləri şəbəkəsi təsis olundu FOTOLAR

Gənclərinin beyin mərkəzləri şəbəkəsi təsis olundu FOTOLAR

"Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda mayın 24-də Şərq Tərəfdaşlığı ölkələrində təmsil olunan gənclərin beyin mərkəzləri şəbəkəsinin təsis Forumu keçirilib. Qonaqları salamlayan Demokratik islahatçı Gənclər İctimai Birliyinin rəhbəri Vüsalə Hüseynli bildirib ki, forumun yaranmasına səbəb Şərq Tərəfdaşlığı ölkələri gənclərin beyin mərkəzlərinin şəbəkəsini qurmaq və bununla onlar arasında iş birliyini təmin etməkdir: "Eyni zamandaAzərbaycan gənclərinin beyin mərkəzlərinin Avropaya inteqrasiyasını təmin etməkdir. Başlıca məqsəd gənclərin beyin mərkəzlərinin Avropa ərazisində tanınması, beyin mərkəzlərinin inkişafına dəstək olmaq və Azərbaycan gənclərinin düşüncə mərkəzlərinin beynəlxalq layihələrdə söz sahibi olmasını təmin etməkdir".

V.Hüseynli bildirib ki, ilkin olaraq şəbəkə 7 ölkə tərəfindən təsis olunmasına baxmayaraq, arti1 14 Şərq Tərəfdaşlığı ölkələri gənclərin beyin mərkəzləri qoşulub: "Biz bu şəbəkəni böyüdərək digər Şərq Tərəfdaşlığı ölkələri gənclərin beyin mərkəzlərini əhatə etmək fikrindəyik".

Sonra tədbirin önəmini vurğulayan Polşanın Azərbaycandakı səfiri Mixail Labenda bu şəbəkənin tam zamanında təsis olundugunu bildirərək, qeyd edib ki, bu şəbəkə gənclərin Avropa Qonşuluq Siyasətində iştirakını və Şərq Tərəfdaşlığında aktivliyini təmin etmiş olacaqdır. Səfir bu işdə Polşa dövlətinin lazimi dəsətk verəcəyini və səfirliyin gəncləri dəstəklədiklərini bildirib. Tədbirdə çıxış edən Avropa Birliyinin, Bolqarıstan, Çex Respublikası, Türkiyə, Avstriya səfirlərinin müşavirləri tədbir iştirakçılarına uğurlar arzulayıblar.

Xatırladaq ki, Forumun təsisçiləri qismində 7 təşkilat – "Avropa alternativ" Nicholo Milanese, "Beynəlxalq Mütəxəssislər Fondu"- Rosen Dimov, " Avropa Dialoqu" Yarina Borenko, "Avropa Beyin Mərkəzləri Şəbəkəsi" Andrea Gerosa , "Çexiya Beynəlxalq Əlaqələr Assosasiyası" Vladimira Votonova, "Qafqaz İqtisadi və Sosial Araşdırma Mərkəzi" (Gürcüstan) Temur Tordinava və "Marşal Fondunun Türkiyə Bürosu" Özgür Ünlühisarçıklı təmsil olunurlar. Azərbaycandan isə 7 təşkilat ilkin olaraq şəbəkədə təmsil olunacaq.

Açılış nitqlərindən sonra Forum panellər üzrə öz işinə davam edib.

Forumun hər il Şərq Tərəfdaşlığı ölkələrindən birində, gələn il isə Polşanın Varşava şəhərində keçirilməsi bərədə qərar qəbul olunub.

Qeyd edək ki, Forum Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə