Milli Məclisin bugünkü iclasında millət vəkili Məlahət İbrahimqızı Gəncədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən gün keçirilən tədbirinə münasibət bildirib. SİA-nın məlumatına görə, deputat qeyd edib ki, orada sahibkar qadınlarla bağlı məsələ qaldırılıb.
Millət vəkili sahibkar qadınların xahişini də diqqətə çatdıraraq bildirib ki, onlara müəyyən güzəştlər olmalıdır. "Çünki istənilən beynəlxalq iqtisadi forumlarda Azərbaycandan olan qadın iş adamları gözlənilir".
Deputat onu da əlavə edib ki, güzəştlər ailə başçısı olan analara şamil olunsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB